Bilik Fondu ilə Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası niyyət protokolu imzalayıb (FOTO)


Digərləri 22 Okt 2018 18:46:00 226 0

Bilik Fondu ilə Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası niyyət protokolu imzalayıb (FOTO)

Mərasimdə hər iki qurumun rəhbərləri və əməkdaşları iştirak ediblər.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondu və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Bilik Fondundan Trend-ə verilən məlumata görə, fondda gerçəkləşən mərasimdə hər iki qurumun rəhbərləri və əməkdaşları iştirak ediblər. Fondun icraçı direktoru Oktay Səmədov Niyyət Protokolunun imzalanması və əməkdaşlığa başlanılması təşəbbüsünün Assosiasiya və Bilik Fondu əməkdaşlarının iştirakı ilə keçirilmiş görüşlərdə maarifləndirici tədbirlərin birgə təşkili məsələlərinin müzakirəsi və mütəmadi fikir mübadiləsinin nəticəsi olaraq irəli sürüldüyünü xatırladıb. İcraçı direktor belə bir protokolun imzalanmasına ehtiyac olduğunu deyərək, sənədin ölkə əhalisinin maarifləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq cəhdlərininin dəstəklənməsi və inkişaf etdirilməsi məqsədi daşıdığını bildirib.