Avtomobillərə yapışdırılan texniki baxış talonu ləğv edildi, baxışın vaxtı dəyişdi


Digərləri 22 Okt 2018 17:32:00 317 0

Avtomobillərə yapışdırılan texniki baxış talonu ləğv edildi, baxışın vaxtı dəyişdi

Avtomobillərin texniki baxışı ilə bağlı gözlənilən dəyişikliklər oldu. "Yol hərəkəti haqqında" Qanuna iyun ayında edilən dəyişikliklər Nazirlər Kabinetinin 40 saylı qərarına da daxil edildi.

Son.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə"də dəyişikliklərini şərh edərkən bildirib. 

#696737# Ekspert diqqəti əsasən 3 yeniliyə cəlb etməyə çalışıb: "Birincisi, kağızda (şüşəyə yapışdırılan) texniki baxış talonu ləğv edildi. Bundan sonra yalnız elektron talon tərtib olunacaq, DYP-nin mərkəzi informasiya sisteminə və sürücünün elektron kabinetinə yerləşdiriləcək.

İkincisi, baxışın vaxtı dəyişdi. Əvvəllər olduğundan fərqli olaraq, nəqliyyat vasitəsi növünə və istehsal ölkəsinə görə baxışa təqdim edilməyəcək. Yeni qaydaya əsasən, nəqliyyat vasitəsi axırıncı dəfə hansı gün baxışdan keçibsə, gələn il və ya gələn dəfə də həmin gündən gec olmayaraq baxışdan keçirilməlidir. Həmin gündən sonra 20 gün ərzində baxış olmasa, belə avtomobili idarə edən sürücü cərimələnəcək. Məsələn, əvvəlki il 10 mayda baxışdan keçən avtomobil növbəti texniki baxış ili 30 mayadək baxışdan keçirilməsə, onu yolda idarə edən sürücü 50 manat cərimə olunacaq, özü də elektron qərarla.