“Nazmehr”də zəhərlənərək ölən şəxslər İranda dəfn edildi - Ailələri narazıdır (FOTO)


Digərləri 22 Okt 2018 17:09:00 226 0

“Nazmehr”də zəhərlənərək ölən şəxslər İranda dəfn edildi - Ailələri narazıdır (FOTO)

Bir neçə gün əvvəl İrana məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində dünyasını dəyişən üç nəfər Ənzəlidə dəfn edilib.

Bakı. Ceyhun Ələkbərov, Elnur Bağışov - Bir neçə gün əvvəl İrana məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində dünyasını dəyişən üç nəfər Ənzəlidə dəfn edilib. Trend-in məlumatına görə, mərhumların qohumları yerli mətbuata bildiriblər ki, gəmidə dənizçilərin təhlükəsizliyi üçün lazımi standartlar olmayıb, o cümlədən yük vaxtında dezinfeksiya edilməyib. Onlar hadisənin ciddi şəkildə araşdırılmasını və günahkarların tezliklə cəzalandırılmasını tələb ediblər.