Avropada 142 nəfəri öldürən “Qərbi Nil” xəstəliyi Azərbaycanda yayıla bilərmi?


Digərləri 22 Okt 2018 15:59:00 279 0

Avropada 142 nəfəri öldürən “Qərbi Nil” xəstəliyi Azərbaycanda yayıla bilərmi?

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiya (RTƏS) Avropa ölkələrində yayılan və ölümlə nəticələ bilən "Qərbi Nil" xəstəliyinin Azərbaycana keçə bilmə ehtimalını dəyərləndirib.

Son.az xəbər verir ki, Stansiyanın (RTƏS) Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova Trend-ə deyib ki, "Qərbi Nil" qızdırması insanlara əsasən ağcaqanadlar vasitəsilə insana keçir:

"Xəstəliyin əsas daşıyıcıları quşlardır. Ağqanadlar xəstə quşları dişlədikdən sonra insanı dişlədikdə bu xəstəliyi insana keçirə bilirlər. Lakin bütün növ ağqanadalar bu xəstəliyi insana keçirə bilmirlər. Kuleks (Culex) növlü ağcaqanadlar bunu xəstəliyə yoluxmuş quşlardan insana keçirə bilərlər. Bu xəstəlik kontakt yolu ilə, yəni insan heyvanlarla, onun qanı ilə təmasda olarsa, ona bu xəstəlik keçə bilər".

R.İsmayılova xəstəliyin yaylılmasına səbəb olan ağcaqanadlara Azərbaycanda az rast gəlindiyini də söyləyib.

O əlavə edib ki, indiyədək Azərbaycanda heç bir insanda "Qərbi Nil" virusu qeydə alınmayıb: