Hadisə yerindən yayınan sürücülər saxlanılıblar


Digərləri 22 Okt 2018 15:48:00 220 0

Hadisə yerindən yayınan sürücülər saxlanılıblar

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə və xəsarətlə nəticələnmiş yol qəzaları törədərək hadisə yerindən yayınan sürücülər müəyyən edilərək saxlanılıblar.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə və xəsarətlə nəticələnmiş yol qəzaları törədərək hadisə yerindən yayınan sürücülər müəyyən edilərək saxlanılıblar. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 19-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yolu keçən piyadanın müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində ölməsi barədə 10-cu polis bölməsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və həmin şəxsin qəsəbə sakini Süleyman Nəbiyev olduğu müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törətməkdə şübhəli bilinən “Daewoo” markalı 211 saylı xətt avtobusunun sürücüsü, Bakı şəhər sakini Fərhad Ağayev müəyyən edilərək saxlanılıb.