Azərbaycanda özəl orta məktəblərdə oxuyan şagirdlərin sayı 3 dəfədən çox artıb


Digərləri 22 Okt 2018 15:05:00 229 0

Azərbaycanda özəl orta məktəblərdə oxuyan şagirdlərin sayı 3 dəfədən çox artıb

Son 15 ildə Azərbaycanda özəl orta məktəblərdə oxuyan şagirdlərin sayı 3 dəfədən çox artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2002-2003-cü tədris ilində qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 3373 şagird təhsil aldığı halda, 2017-2018-ci tədris ilində onların sayı 10.928-ə yüksəlib.

2002-2003-cü tədris ilində ölkədə 9 özəl ümumi təhsil müəssisəsi olsa da, 2017-2018-ci tədris ilində bu say 28-ə çatıb.