Gələn ay qeyriiş günlərinin sayı açıqlandı


Digərləri 22 Okt 2018 14:16:00 250 0

Gələn ay qeyriiş günlərinin sayı açıqlandı

Azərbaycanda noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

Son.az report-a istinadən xəbər verir ki, bu, həftənin cümə gününə təsadüf edir.

Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərarına əsasən noyabrın 9-u qeyri-iş günüdür. Noyabrın 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyindən ölkədə ardıcıl 3 gün qeyri-iş günü olacaq.