Aparıcıdan kəskin ittiham: “Təpik atan, dombalaq aşan, dilənçilik edən aparıcılar...”


Şou-biznes 22 Okt 2018 12:35:00 324 0

Aparıcıdan kəskin ittiham: “Təpik atan, dombalaq aşan, dilənçilik edən aparıcılar...”

"5-ci element" proqramının aparıcısı Ranar Musayev sosial şəbəkədə Azərbaycan televiziyalarının bugünkü vəziyyəti barədə geniş status yazaraq hər kəsi efirdə nümayiş olunan eybəcərliyi boykot etməyə səsləyib.

Son.az publika-ya istinadən xəbər verir ki, aparıcı son illərdə efirlərdə baş alıb gedən özbaşnalıqlara son verilməsi tələbi ilə çıxıb edib. O, həmçinin həmkarlarının yol verdiyi xətalara kəskin etiraz edib:

"Like və şərh xatirinə təpik atan, dombalaq aşan, dilənçilik edən, fırıldaqçılıqla məşğul olan və digər səviyyəsiz aparıcılar, telelayihələr və özlərinə bənzər qonaqları haqqında xəbər yayan saytlar. Eləcə də bu videoları paylaşıb şərh edən insanlar - müraciətim sizədir! Əslində, onları tənqid yox, təbliğ edirsiniz!

Düşünməyin ki, siz onları tənqidlə, söyüşlə qorxuda bilərsiniz. Yox! Özünə, millətinə hörmət edən heç zaman efirdə bu oyunları çıxarmaz. Deməli, hörmət yoxdur. Tənqid və söyüşünüz isə onlara xoşdur! Çünki efirdə reytinq, sosial mediada isə xəbər qəhrəmanı olmaq xətrinə hər şeyə hazırdıdılar. Onları bu müzakirələrlə tənqid yox, təbliğ edirsiz, məhşurlaşdırırsınız, yaşadırsız, populyarlaşdırırsız. Gələn dəfə sizin diqqətinizi cəlb etmək üçün bundan da betər ssenari hazırlayacaqlar. Siz isə növbəti dəfə onların toruna düşüb paylaşacaqsız. Bu faciədən özümüzü və ətrafımızı qorumalıyıq!