Yaponiyanın Facebookdan


Dünya 22 Okt 2018 11:54:00 265 0

Yaponiyanın Facebookdan

Yaponiya hökuməti Facebook sosial şəbəkəsindən istifadəçilərin şəxsi məlumatlarının mühafizəsinin təmin edilməsi üzrə əlavə tədbirlər görməyi tələb etmək niyyətindədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Yaponiya hökuməti, ilk növbədə, Facebook-un istifadəçilərin zərurət halında məlumatların silinməsi haqqında sorğusuna operativ cavab verməsi üçün təminat almaq istəyir.

Bundan başqa, müvafiq komissiya sosial şəbəkədən burada qeydiyyatdan keçmiş 29 milyon istifadəçinin bu ilin sentyabrında şəxsi məlumatlarının oğurlanması səbəbini araşdırmağı tələb etmək niyyətindədir.