Moody’s “Bank Respublika”nın pozitiv inkişafını proqnozlaşdırır


Digərləri 22 Okt 2018 11:19:20 230 0

Moody’s “Bank Respublika”nın pozitiv inkişafını proqnozlaşdırır

Moody's Beynəlxalq reytinq agentliyi, “Bank Respublika”nın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəldərək "Pozitiv” dərəcəsinə qaldırdı, eləcə də yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini təsdiqlədi.

Bakı. Moody's Beynəlxalq reytinq agentliyi, “Bank Respublika”nın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəldərək "Pozitiv” dərəcəsinə qaldırdı, eləcə də yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini təsdiqləyib. Agentliyin analitikləri reytinq üzrə proqnozun yüksəlməsini bankın ödəmə qabiliyyətinin, xüsusilə kapitalın adekvatlığı üzrə göstəricilərinin yaxşılaşması ilə əlaqələndirir. Bunun səbəbi gəlirlərin artması, cari ildə yerli səhmdar və ardınca xarici səhmdar olan Almaniya İnvestisiya və İnkişaf Cəmiyyəti (DEG) tərəfindən kapitalın artırılmasıdır. Bundan əlavə, reytinq agentliyi yeni bank kreditlərinin daha keyfiyyətli olması, iqtisadi artımın bərpası, inflyasiyanın yavaşlaması və yerli valyutanın sabitliyini əsas götürərək, 2019-cu ildə “Bank Respublika”nın aktivlərinin keyfiyyəti və rentabelliyinin yaxşılaşmasını gözləyir.