Öpüşünüzü sevdiklərinizdən əsirgəməyin, çünki...


Digərləri 22 Okt 2018 01:30:00 245 0

Öpüşünüzü sevdiklərinizdən əsirgəməyin, çünki...

Öpüşün insan orqanizminə faydalı olduğunu bilirdinizmi?

Son.az axşam.az-a istinadən bu barədə məlumat verir:

1. Öpüşmək insanın əhvalına müsbət təsir göstərir. Səhər-səhər cəmisi 20 saniyə öpüşmək gün ərzində insanın xoş əhvalı üçün kifayət edir.

2. İnsan öpüşən zaman kalori sərf edir. Odur ki, daha çox öpüşməklə insanlar pəhriz saxlamadan arıqlaya bilərlər.

3. Öpüşmək kariesin yaranmasına qarşı ən gözəl vasitədir. Belə ki, öpüşən zaman ağız boşluğundakı turşuluq normallaşır və tənzimlənir.

4.Öpüşərkən qanda adrenalinin səviyyəsi yüksəlir ki, bu da insanda zehni və fiziki fəallığı artırır.

5. Ürək damar sisteminin gimnastikası üçün öpüşmək ən effektli vasitələrdən biridir. Belə ki, öpüşən zaman insanın nəbzi daha sürətlə döyünür, qan dövranı yaxşılaşır.