Beyninizin necə işlədiyini bilirsiniz? HEYRƏTAMİZ FAKTLAR


Digərləri 21 Okt 2018 23:20:00 255 0

Beyninizin necə işlədiyini bilirsiniz?  HEYRƏTAMİZ FAKTLAR

Təbiət, yaradılış öz mükəmməlliyi ilə heyran etməyə davam edir. Dünyanın ən böyük sürprizi insandır. İnsanın ən izah edilməz orqanı isə onu idarə edən beyindir. Bəli, dünya alimləri uzun illərdir beynin sistematik fəaliyyəti ilə əlaqədar araşdırmalar aparsalar da, beynin necə işlədiyi sirrini aça bilməyiblər. Amma hər dəfəsində maraqlı faktlar aşkarlayıblar.

Son.az insan beyni ilə əlaqədar maraqlı faktları təqdim edir:

"Beynin sadəcə 10 faizi çalışır"

İnsan beyni haqqında bu gün çoxsaylı miflər var. Ən çox eşitdiyimiz isə budur ki, insan beyni özündə olan potensialın yalnız 10 faizini aktivləşdirir. Bu barədə psixoloqlar, psixiatrlar, ekstrasenslər və s. hər kəs danışır. İnsan beyninin imkanlarının yalnız 10% -nin çalışması qəribə bəyanat olsa da, daha maraqlısı geridə neçə faiz passiv qalır. Bəs bunun səbəbi nədir? İsveç alimləri iddia edir ki, beyin özü-özünü müdafiə məqsədilə bunu edir. Beynin digər böyük hissəsi passiv şəkildə gizli guşədə qorunur. Bu o zaman işə düşür ki, hər hansı fövqəladə hal baş verir və insan təlaş içərisində olarkən qeyri-adi çıxış yolu tapır. Əslində, bu tamamilə normaldır. Sadəcə olaraq normal psixologiya altında insan beyni aktiv fəaliyyət göstərmədiyi üçün bu, digərləri üçün qeyri-adi, möhtəşəm görünür.

Müasir skanerlər vasitəsilə araşdırma aparan həkimlər insan beyninin tam olaraq 100 faizlik işlədiyini iddia edir. Beyinin müxtəlif funksiyaları insanların müxtəlif hərəkətlərindən asılı olaraq dəyişir. Biz gəzərkən beyinin hərəkətimizi tənzimlədiyi hissəsi aktiv fəaliyyətdə olur. Hətta yatarkən belə beyinin bir hissəsi fəaliyyətini davam etdirə bilər.

Beyin ölçüsü bəllidirmi?

Bəzən eşidirik deyirlər ki, hər kəsin ürəyi yumruğu qədərdir. Sizcə həcmi böyük olan beyin daha məsuliyyətlidir? İnsan ilə balina beynini müqayisə edən alimlər bunun əksini deyir. Onların fikrincə, insan beyni orqan olaraq belə müxtəlif ölçülərdə ola bilirsə, onun funksiyasını, aktivliyini ölçüləri ilə limitləmək doğru olmaz. Məsələn, müxtəlif insan beyinləri arasında XX əsrin görkəmli fiziki, nisbilik nəzəriyyəsinin banisi, kvant nəzəriyyəsinin və statistik fizikanın yaradıcılarından biri Albert Eynşteynin beyni standart ölçülərdən çox olub. Statistikaya əsasən insanların beyinlərinin çəkisi normal olaraq ondan daha azdır. Bunu Eynşteynin vəfatından sonra ailəsinin icazəsi olmadan beynini başından çıxaran həkim Tomas Stoltz Harvey demişdi. İllər sonra Eynşteynin oğlu Hans Albertdən icazə almaqla onun beynini tədqiq etməyə başlayan həkim, beynin hissələrini digər alimlərlə incələdikdən sonra onun normal insanın beyni ilə müqayisədə qeyri-adi hüceyrə quruluşuna malik olmasını elan etmişdi.

Yaşa görə, insan beyni zəif olur.

Bəzi sinir hüceyrələri bərpa edə bilməyəcək xüsusiyyətə malikdirlər. Bir qrup alim bu səbəbdən beyinin bütün hüceyrələrinin eyni bərabərdə çalışmadığını deyir. Buna səbəb insan dünyaya gələndə beyində olan bəzi hüceyrələrin sürətlə inkişafıdır. Bu səbəbdən bir qrup hüceyrələr özünü yeniləsə də, yaş həddi ilə bağlı yaşanan bir sıra xəstəliklərin artması özünü bərpa edə bilməyən hüceyrələrin məhv olması ilə əlaqəlidir. Sinir hüceyrələrinin problemi isə əksər hallarda böyüklərdən meydana gəlir. Yaşlandıqca insanların ağlını itirməsinə səbəb budur. Fəal zəka fəaliyyəti, sağlam həyat tərzi ilə məşğul olan, təbii qidalarla orqanizmi təmin edən insanlarda bu proses ləngiyir. Onlar dolğun yaşda da normal olaraq başqaları ilə ünsiyyət qura bilirlər, zəka oyunları oynaya bilirlər, nəinki zehni, hətta fiziki gücləri də onlara çalışmağa imkan verir. Məsələn, bir çox kəşflərə imza atan professorlar var ki, hətta 80 yaşlarında belə universitetlərdə gənc kadrlardan daha gözəl elmi məqalələr oxuyurlar.