"Bişirdiyiniz çörək bir kündə az olsun, amma..." FOTO


Digərləri 21 Okt 2018 22:10:00 278 0

"Bişirdiyiniz çörək bir kündə az olsun, amma..."  FOTO

Psixoloq Aytən Ağayeva: "Uşaqlarda məktəbə hazırlıq vəziyyəti psixoloji baxımdan ürəkaçan deyil" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Məktəb uşaqların həyatında yeni mərhələdir. Bu mərhələdən sonra heç nə əvvəlki kimi olmur. Oyuncaqlara, ətrafdakılara, valideynlərə, ümumiyyətlə həyata baxış dəyişir. İbtidai sinfi bitirdikdən sonra isə uşaqlar yavaş-yavaş böyüdüklərini anlayırlar. Bu onların hərəkətlərinin, davranışlarının üzərinə bir növ ağırlıq gətirir. Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu əvəzsizdir.   Bəs məktəb illərində, xüsusilə birinci sinifdə uşaqların hansı psixoloji problemləri olur? Bu mövzu ilə bağlı 20 nömrəli məktəbin psixoloqu Aytən Ağayeva ilə söhbətləşirik.

- Aytən xanım, azərbaycanlı şagirdlərin problemləri daha çox nə ilə bağlı olur? Sizin müşahidə etdiyiniz problemlər nələrdir?

- Yeniyetmələrimiz özlərini kəşf etmək, tanımaq və idarə etməklə bağlı müəyyən suallar verirlər. Bütün problemlərində psixoloqun qapısını döyürlər. Buna çox sevinirəm. Məktəb dövrü insanın ən dinamik inkişaf dövrüdür. Bu illərdə şagirdlərin psixoloji vəziyyəti gərgin olur. Daha çox yuxarı siniflərin şagirdlərinin həmyaşıdlarıyla bağlı, eləcə də ailəvi, texniki sferaya aid problemləri olur. Xüsusilə 11-ci siniflərdə stress özünü büruzə verir. Bu, bizim qəbul prosesinin mürəkkəbliyi və valideyn təzyiqi ilə bağlıdır. Birinci sinif şagirdlərinin isə tədrisə yönəlməsi müəyyən qədər çətinlik törədir. Bu çətinlik həll edilmədikdə, uşaqların məktəb sevgisi azalır.

- Siz həm də birinci sinif şagirdlərinin məktəbə adaptasiyasi ilə bağlı layihə icra edirsiniz. Layihənin məqsədi nədir?

- Təhsil Nazirliyi ikinci dəfə "təhsildə inkişaf və innovasiyalar" üzrə müsabiqə elan etmişdi. Psixoloq yoldaşımla bu layihədə iştirak etdim və qalib olduq. Layihəni yazmaq səbəbim də məhz məktəbdə qarşılaşdığım problemlərlə bağlı idi. Mən işə başlayanda, artıq birinci sinfin ortaları idi. Yəni təhsil ilinin sonuna doğru gedirdik. İlk növbədə birinci siniflərdə müşahidə apardım. Müşahidələrim təəssüflər olsun ki, heç də ürəkaçan deyildi. Yanvar-fevral ayı olmasına baxmayaraq, uşaqlarda məktəbə hazırlıq səviyyəsi psixoloji baxımdan olduqca pis idi. Uşaqların aktiv dillənmə, motorik bacarıqları, iradi diqqət və xüsusilə də yerində oturmaq qabiliyyəti yox idi. Uşaqlar dərsdə otura bilmirdilər, diqqət olduqca zəif və məntiqi təfəkkürün inkişafı bir çox uşaqlarda sual doğururdu. Layihənin məqsədi məktəbə gələn uşaqların psixoloji hazırlıq səviyyəsini ölçməkdir. Məktəbə hazırlıq dedikdə əksər valideynlər düşünürlər ki, əgər mənim övladım 10-a qədər saya, maraqlı suallara cavab verə bilirsə, artıq məktəbə hazırdır. Bu heç də belə deyil. Məktəbə hazırlıq 3 amildən ibarətdir. Bunlar məntiqi təfəkkür, psixoloji və emosional hazırlıqdır. Həmin bu 3 komponenti diqqətə aldıq və düşündük ki, test yaradaq və bu test vasitəsilə uşaqların birinci sinfə hazırlığını qiymətləndirək. 321 şagird bu testdən keçdi. Təəssüflər olsun ki, 321 şagirddən 51 şagirdin hazırlıq səviyyəsi heç də məktəbə uyğun olacaq dərəcədə deyildi. Həmin uşaqları test vasitəsilə aşkarladıq. Bu bizim qrant layihəmizin birinci etapı idi. İkinci etap isə, aşkar etdiyimiz şagirdlər üçün pulsuz şəkildə, dərsdən kənar xüsusi psixoloji hazırlıq keçilməsidir. Onların kreativ, emosional və sosial bacarıqlarının inkişafı ilə xüsusi təhsil almış psixoloq məşğul olacaq. İki ay intensiv məşğələdən sonra biz həmin uşaqları yenidən testdən keçirəcəyik və artıq iki nəticəni müqayisə edə biləcəyik. Beləliklə, ümid edirik ki, bu məşğələlərdən sonra uşaqların bilik və bacarıqları çox yüksək olacaq. Onların məktəbdə əldə etdiyi nailiyyətlər daha keyfiyyətli, bilikləri daha dərin olacaq.

- Valideynlərin uşaqlarla bağlı etdiyi səhv nədir ki, bu, uşaqların məktəbə hazırlıq prosesində özünü büruzə verir?


Xəbərə aid fotolar