İnanılmaz MƏKAN: burada yaşamaq istəyən hər kəsə MƏNZİL və İŞ VERİLİR FOTO


Digərləri 21 Okt 2018 21:50:00 314 0

İnanılmaz MƏKAN: burada yaşamaq istəyən hər kəsə MƏNZİL və İŞ VERİLİR  FOTO

Avstraliyanın Maatsuyker adasında yaşamaq istəyənlər üçün inanılmaz fürsətlər təqdim edilir.

Son.az xəbər verir ki, bu adada yaşamaq istəyənlərə dövlət tərəfindən həm ev, həm də iş verilir. Bura Avstraliyanın ən ucqar torpağı adlandırıla bilər. Möhtəşəm yaşıllıqları ilə görənləri heyran edən bu adada dəniz fili kimi məməlilər və bir çox canlı növü var.

186 min hektarlıq bir ada olan Maatsuyker "Dünyanın Vəhşi həyat sərvəti" kimi qəbul edilir. Bu adada yaşamaq üçün özünüzü idarəedən, ucqar yerlərdə yaşayıb, işləmək bacarığına sahib olmağınız yetərlidir.

Təqdim edilən iş isə bitkilərə qulluq, bütün flora ilə məşğul olmaq, təmir işləri və istifadə etdiyiniz alətləri mütəmadi olaraq təmir etməkdir. Bundan əlavə meteorologiya bürosu üçün gündəlik olaraq hava şəraitini müşahidə etməlisiniz. Bütün bu işləri görmək üçün sizə xüsusi təhsil və üstəlik pul da verirlər.


Xəbərə aid fotolar