Aparıcı telekanallardakı qalmaqallara etiraz etdi: "Səviyyəsizliyə stop"


Şou-biznes 21 Okt 2018 15:52:00 228 0

Aparıcı telekanallardakı qalmaqallara etiraz etdi: "Səviyyəsizliyə stop"

Aparıcı Ranar Musayev son günlər aparıcıların verilişlərdə etdiyi hərəkətləri tənqid edib. 

Son.az axşam.az-a istinadən bildirir ki, Ranar İnstaqramda paylaşım edərək bunları yazıb:

"Bəyəni və şərh xatirinə təpik atan, dombalaq aşan, dilənçilik edən, firildaqçılıqla məşğul olan və digər səviyyəsiz aparıcılar, telelayihələr... Eləcə də bu videoları paylaşıb şərh edən insanlar müraciətim sizədir: Əslində onları tənqid yox təbliğ edirsiz. Düşünməyin ki, siz onları tənqidlə, söyüşlə qorxuda bilərsiz. Özünə, millətinə hörmət edən heç zaman efirdə bu oyunları çıxarmaz. Deməli, hörmət yoxdur. Tənqid və söyüşünüz isə onlara xoşdur. Çünki efirdə reytinq, sosial mediada isə xəbər qəhrəmanı olmaq xətrinə hər şeyə hazırdılar. Onları bu müzakirələrlə tənqid yox, təbliğ edirsiz, məşhurlaşdırırsız, yaşadırsız... Gələn dəfə sizin diqqətinizi cəlb etmək üçün bundan da betər ssenari hazırlayacaqlar. 

Əgər gələcəkdə övladınızın, cəmiyyətimizin onlara oxşamasını istəmirsizsə, mübarizəyə qoşulun. Hansısa belə bir videoya rast gəldiyiniz zaman baxmayın, baxış sayını artırmayın, şərh yazmayın. Qoy bilsinlər, mənəviyatımızı məhv etmək istəyən şəxs və ya səhifə şəxsən siz tərəfdən öz cəzasını alacaq.