ƏƏSM yanında İctimai Şuranın işçi qrupunun özünüməşğulluğun təmin edilməsinə dair yığıncağı keçirilib


Digərləri 21 Okt 2018 11:43:37 213 0

ƏƏSM yanında İctimai Şuranın işçi qrupunun özünüməşğulluğun təmin edilməsinə dair yığıncağı keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupun üzvlərinin Nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, işçi qrupla əlaqələndirici Elnur Süleymanovla görüşü keçirilib.

Bakı. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupun üzvlərinin Nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, işçi qrupla əlaqələndirici Elnur Süleymanovla görüşü keçirilib. Ternd-in məlumatına görə, görüşü İctimai Şuranın sədri Umud Mirzəyev açaraq, nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında qurulmuş səmərəli əməkdaşlıq əlaqələri və xüsusən də bu görüşün əhəmiyyətini qeyd edib. Nazirlik rəsmisi öz çıxışında qeyri- rəsmi məşğulluqla mübarizədə nəzarət tədbirlərinin gücləndirilməsi, bu sahədə monitorinq, təhlillərin və maarifləndirmə işləri apararaq yeni iqtisadi və demoqrafik vəziyyətə uyğun olaraq əmək bazarında sabitliyin təmin edilməsi, özünüməşğulluq proqramının aktiv əmək proqramı olaraq, işsiz və işaxtaran şəxslərin fərdı ailə təsərrüfatlarını və gəlirgətirən sahələrini formalaşdırdığnı bildirib.Özünüməşğulluq proqramının mühüm sosial-iqtisadi əhəmiyyətliliyi eləcə də aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmaları, onların gəlirlərini artırmaqla dövlət sosial yardım proqramından asılılığının aradan qalxması və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratdığı qeyd olunub.