Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib


Digərləri 21 Okt 2018 10:15:00 289 0

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib

Zaqatala rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Son.az Report-a istinadən bildirir ki, hadisə oktyabrın 20-dən 21-ə keçən gecə Zaqatala şəhəri, 28 May küçəsi, ev 75 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü  Qurban İbrahim oğlu Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ceyhun oğlu Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahim qızı İbrahimova, 2016-cı il təvəllüdlü Zara Nicat qızı Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Ceyhun qızı Qasımzadə, 2006-cı il təvəllüdlü Aysu Ceyhun qızı Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Ceyhun oğlu Qasımzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.