Jurnalistlərdən ƏrRiyada qarşı sanksiya tələbi


Dünya 21 Okt 2018 09:21:00 231 0

Jurnalistlərdən ƏrRiyada qarşı sanksiya tələbi

Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) ABŞ və Avropa İttifaqı rəhbərliyini Səudiyyə Ərəbistanına qarı Camal Xaşkacinin ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilməsinə görə sanksiya tətbiq etməyə çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Belçikanın paytaxtı Brüssüldə yerləşən BJF-nın bəyanatında bildirilir.

Bəyanatda deyilir: "Əgər Aİ və ABŞ Rusiya və Venesuelaya qarşı onları dövlət tərəfindən təşkil olunmuş qətllərdə ittiham edərək sanksiyalar tətbiq edirsə, niyə Səudiyyə Ərəbistanı qarşı heç bir addım atılmır. Bütün dünya üzrə insan haqları müdafiəçiləri çıxış edir, bir çox şirkət və təşkilatlar artıq sanksiyalar tətbiq ediblər və ya Səudiyyə Ərəbistanında keçirilən tədbirləri boykot ediblər. İndi isə hökümətlər hərəkət etməlidir, onların qatilləri və cinayətin sifarişçilərini tapıb məsuliyyətə cəlb etmək üçün iqtisadi təzyiq rıçaqları, diplomatik və beynəlxalq instrumentari var".