Valideynlər təşvişdə: məktəblərdə bit yayılır Pedikulyozdan


Digərləri 20 Okt 2018 23:25:00 287 0

Valideynlər təşvişdə: məktəblərdə bit yayılır  Pedikulyozdan

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə valideynlər aşağı siniflərdə uşaqların başına bit düşdüyündən, bunun yayılmasından, müəllimlərin də çarəsiz qalmasından bəhs edən şikayətlər yazır.

Son.az medicina.az-a istinadən bildirir ki, son illərdə bit epidemiyası barədə məlumatlar olmasa da, görünür bu mövsüm aktuallaşıb. Tibbi adı Pedikulyoz olan bu problem daha çox azyaşlı uşaq və məktəbliləri əhatə edir. Yayılması çox asandır, sinifdə 1-2 nəfərdə varsa, bütün sinfi, hətta müəllimləri də cənginə alır.

Yəqin çoxları xatırlayır, sovet dövründə məktəblərdə tibb bacısı və ya həkim həftədə bir dəfə sinifləri gəzərək, uşaqların saçını yoxlayır, bit və ya yumurtası tapılan uşağın validyenini çağırır, dərman yazır və təmizləmək üçün məsləhətlər verir, sinfi xəbərdar edirdi.

Pedikulyoz nədir?

Onun simptomatikası aydındır, heç bir xəstəliklə qarışdırmaq olmur, ilk əlaməti saç dibi və uclarında ağ yumurtaların, sürvələrin olmasıdır. İlk baxışdan kəpəyə oxşayır, amma daha sərtdir. Saçlarda az sayda bitləri görmək çətindir, onlar çox hərəkətlidir və gizlənir. Sürvələr isə ( el arasında sirkə deyilir) yuyulanda getmir, saça yapışır, darananda tökülmür.

Biti olan uşaq qaşınır, baş dərisində bitlərin dişləməsindən sonra kiçik yara və qan qurumuşları qalır. Xəstəlik özünü yoluxmadan 1 həftə sonra göstərməyə başlayır. Çox zaman pedikulyoz digər insanın başına birbaşa bitin yox, elə yumurtalarının düşməsi ilə keçir.

Uşaqlarda bit aşkar etdikdə nə etməli?

Paniakaya həm gərək var, həm də yox. İlk öncə bu barədə bağça və ya sinifdə valideynlər və müəllimlərlə danışıb, tibb bacısı tərəfindən bütün sinif uşaqlarının yoxlanmasını təşkil etmək, valideynlərə xəbərdarlıq etmək və məktəb tərəfindən məktəbin, otaqların xüsusi məhlullarla sanittar-gigiyenik işlənməsini tələb etmək lazımdır.

Hazırda ev şəraitində qısa müddətə bitləri təmizləmək, yəni pedikulyozu müalicə etmək üçün müasir preparatlar və üsullar var.

Aptek vasitələrindən məhz bitlərə öldürücü təsir edən Benzilbenzonat, Parazidoz, Permetrin, Paraplyus, Pedilin kimi vasitələri istifadə etmək olar. Bunlar məhlul, sprey, şampun, krem şəklində olur.   Çəkdikdən sonra narın dişli daraqlarla saçlar dəsmal və ya mələfə üzərinə daranır. 1 həftə sonra təkrar yoxlayıb, lazım gəlsə yenidən istifadə olunur.