Səfər ayının mənası və əlamətdar günləri


Digərləri 20 Okt 2018 23:10:00 401 0

Səfər ayının mənası və əlamətdar günləri

Səfər ayı hicri-qəməri təqviminin ikinci ayıdır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, səfər sözünün mənası (sifr) boşluq deməkdir. Belə ki, Məhərrəm ayında müharibə etməkdən çəkinən ərəb tayfaları bu gündən başlayaraq münaqişələrinə davam edir, muharibələr üçün hazırlıqlara başlayırdılar. Bəzi fikirlərə görə bu ay nəhs bir ay kimi qələmə verilir. Ayı boşluq, heç bir işə başlanılmayan ay kimi də hesab edirdilər. Lakin İslamda bunun dini əsası yoxdur.

Səfər ayında İslam aləmində çox mühüm hadisələr baş vermişdir. O cümlədən Allah Rəsulunun (s) vəfatı da bu aya təsadüf edir.

Ayın mühüm tarixi hadisələri:

Səfər ayının 1-i:  Siffeyn döyüşünün başlaması

Səfər ayının 1-i: İmam Hüseynin (ə) Əhli-beytinin(ə) əsir kimi Şama daxil olması.

Səfər ayının 3-ü: İmam Muhəmməd Baqirin(ə) dünyaya gəldiyi gün.

Səfər ayının 5-i: Həzrət Rüqəyyənin (s.ə) şəhadəti.