Audidən yeni krossover Q8 FOTO


Digərləri 20 Okt 2018 22:30:00 301 0

Audidən yeni krossover Q8  FOTO

Audi şirkəti Q8 adı almış yeni flaqman krossover təqdim edib. Avtomobilin təqdimatı Çinin Şençjen şəhərindəki xüsusi tədbirdə keçiriləcək.

Son.az auto.az-a istinadən bildirir ki, Audi Q8-in uzunluğu 4,99 metr, eni 2 metr, hündürlüyü isə 1,71 metrdir. Təkər bazasının ölçüsü 3 metrdir. Beləliklə, krossover Volkswagen konserninin MLB şassisi üzərində yığılmış Q7 modelindən enli, qısa və alçaq alınıb. Bu arxitektura Lamborghini Urus, Bentley Bentayga və yeni nəsil Volkswagen Touareg-in əsasında da var.

Arxa oturacaqlar yığıldıqda baqaj həcmi 1755 litr təşkil edir. Opsional olaraq 3 sıra oturacağı uzununa tənzimlənən sifariş etmək olar. Hələlik, mühərrik barədə məlumat açıqlanmır. Buna baxmayaraq, məlumdur ki, bütün güc qurğuları yumşaq hibrid sxemi (mild hybrid) üzrə 48-voltluq bort şəbəkə və remenli ötürücüsü olan starter-generatorla çalışacaq.


Xəbərə aid fotolar