Elm və təhsilə verilən dəyər ƏhliBeytin hikmətli kəlamlarında


Digərləri 20 Okt 2018 20:45:00 280 0

Elm və təhsilə verilən dəyər ƏhliBeytin hikmətli kəlamlarında

Elm sözü lüğətdə öyrənmək, bilmək mənasındadır. İstilah yerləri isə insan həyatının, o cümlədən bütün aləmin müxtəlif sahələrini əhatə edir.

Elm və agahlıq bir növ dünyaya aid olsa da mənəvi  və əqli dəyərlərdən hesab olunur. Çünki Mütəal Allah bütün aləmi insan üçün xəlq edib. Bir az diqqət etsək görərik ki, bütün aləm sanki insana xidmət üçün, onu öz hədəfinə çatdırmaq üçündür.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, təbii ki, insan səadəti üçün təklikdə təcrübi elimləri bilmək və öyrənmək kifayət etmir. Bütün bu elmi biliklərlə yanaşı insanın mənəvi və sağlam etiqadı biliklərdi də olmalıdır. Əks təqdirdə insanın elmi bilikləri ona fəlakətdən başqa bir şey gətirməz.

İstər əqli və etiqadı olsun, istərsə də təcrübi elimlər, insanın bütün doğru bildikləri onun elmi hesab olunur.

Elm, Peyğəmbər (s) və Əhli-beyt (ə)  kəlamlarında bu cür dəyərləndirilir:

Peyğəmbər (s):

Elm öyrənmək bütün müsəlmanlara vacibdir.

Elm İslamın həyatıdır (ruhudur)

İmam Əli (ə) buyurub:

Elm həyatdır.