Qızılgül müalicə edir və arıqladırmış! –


Digərləri 20 Okt 2018 20:35:00 360 0

Qızılgül müalicə edir və arıqladırmış! –

Qızılgül tam haqlı olaraq Yer kürəsində ən gözəl güllərdən biri sayılır və buna görə də qadınların ən sevimli bitkisidir. Onun "cilalanmış" gözəlliyi qadın nəzərlərini sevindirir, tayı-bərabəri olmayan incə aromatı isə qadın ürəyini sevinclə və sürətlə vurmağa məcbur edir.

Son.az medicina.az-a istinadən bildirir ki, heç də uzaq olmayan keçmişdə Avstraliya universitetlərindən birinin alimləri həqiqətən sensasiyalı kəşf ediblər - qızılgül diyetik xassəyə malikdir! Sən demə, bu güllərin ətrafa saçdığı aromat iştahın azalmasına səbəb olur. Başqa sözlə - qızılgül ətri qadınların qida qəbul etməyə meylini əhəmiyyətli dərəcədə aşağı salır.

Belə bəyanat bir elmi-tədqiqat eksperimenti sayəsində mümkün olub. Eksperimentdə 3200 qadın iştirak edib. İştirakçılar 20-36 yaş qrupunda olublar və hamısı da piylənmədən əziyyət çəkirmiş.

Eksperimentin mahiyyəti aşağıdakından ibarət olub: iştirakçıların yarısı təzə qızılgül buketləri yerləşdirilmiş otaqda, qalanları isə interyerini çöl çiçəklərinin tamamladığı otaqda yerləşdirilib. Bu zaman buketlər hər gün təzələnib.