Hindistanda sərnişin avtobusu körpüdən çaya aşıb


Dünya 20 Okt 2018 20:28:00 259 0

Hindistanda sərnişin avtobusu körpüdən çaya aşıb

Hindistanın Assam ştatında sərnişin avtobusu körpüdən çaya aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, avtobusun çaya aşması nəticəsində azı 7 nəfər həlak olub, 20-dən artıq insan xəsarət alıb.

Qəza Quvahati və Makalmua yaşayış məntəqələri yaxınlığında baş verib. İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarətməni itirməsi olub.