Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq


Digərləri 20 Okt 2018 13:18:00 241 0

Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq

Orta məktəblərdə reproduktiv sağlamlıq haqqında vəsait tədris olunacaq.

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında kitabın müəllifi Kəmalə Aşumova bildirib.

Onun sözlərinə görə, kitab yoxlanılması və tədris olunması üçün Təhsil Nazirliyinə təqdim olunub:

"Dərsliyin hazırlanmasında nazirliyinin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər. Tədris vəsaiti "Biologiya" və "Həyat bilgisi" müəllimləri tərəfindən tədris olunacaq. Onlar üçün dərslik hazırlanacaq və o, öyrənmə prosesinə uyğunlaşdırılacaq. Dərsliyin hazırlama prosesi artıq iki ildir ki, davam edir. Bu il bu prosesin yekun işləri bitmək üzrədir. Yeni vəsaitin adı "Reproduktiv sağlamlığın tədrisi" kimi səslənir".

"Məktəblilərin cinsi inkişaf dərslərinə ehtiyacı varmı?", - sualına Kəmalə Aşumova cavab olaraq bildirib ki, bu, mübahisəli sualdır:

"Azad bir Avropada yaşamağımıza baxmayaraq, ona birmənalı cavab vermək çətindir. Ancaq gələn ildən başlayaraq, dərsliyin təqdim ediləcəyi ehtimal olunur və müvafiq dərslik, demək olar ki, hazırdır. Bu mövzunun tətbiqi üçün digər ölkələrin təcrübəsinə nəzər saldıq. Dərsliyin tərtibatına töhfə məqsədilə ABŞ-dan dəvət edilmiş beynəlxalq ekspertlər pedaqoqlar və səhiyyə işçilərinə təlimlər keçiblər".

Kitabın müəllifi qeyd edib ki, noyabr ayından etibarən ölkə məktəblərində reproduktiv sağlamlıq üzrə xüsusi təlimlərin keçirilməsi planlaşdırılır: