Bazar gününə olan hava proqnozu açıqlanıb


Digərləri 20 Okt 2018 13:06:00 225 0

Bazar gününə olan hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 20-25° isti təşkil edəcək. Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacaq.