Şaqqalanaraq öldürülən jurnalistin son sözləri FOTO


Dünya 20 Okt 2018 12:17:12 206 0

Şaqqalanaraq öldürülən jurnalistin son sözləri  FOTO

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda şaqqalanaraq öldürülən köşə yazarı Camal Qaşıqçının son reportajı yayımlanıb.

Son.az CNN Türk-ə istinadla xəbər verir ki, Suriyanın müxalif yönümlü televiziya kanalı olan "Syria TV"də Qaşıqçının müsahibəsi efirə verilib.

Camal Qaşıqçı avqust ayının 15-də alınan müsahibədə Türkiyə-Suriya münasibətləri, İranın Bəşər Əsədə dəstəyi və Suriyadakı vətəndaş müharibəsindən danışıb. O bildirib ki, Türkiyə Suriya xalqının ən yaxşı dostudur.

"Afrin əməliyyatı çox uğurlu və qüsursuz idi, dağıntılar olmadı. Raqqadakı təxribatı gördünüz. Ən əsası da odur ki, Türkiyə terrorçulardan azad etdiyi ərazini suriyalılara verdi".

Türkiyənin düzgün siyasət yeritdiyini dilə gətirən Qaşıqçı "Qarşıda Mənbiç məsələsi də var, amma ABŞ-la münaqişəsiz şəkildə diplomatik yollarla həll etməyə çalışırlar" söyləyib.

O, ABŞ-ın Suriya ilə bağlı planları barədə də danışıb. Qaşıqçı bildirib ki, bugünkü gündə ABŞ-ın prioritetləri fərqlidir. "Artıq çox şey dəyişib. Trampın ABŞ-da vətəndaş müharibəsi, xeyli qalmaqalları var. Ölkənin idarəetməsi artıq əvvəlki kimi deyil. Piramidanın başındakılar dəyişib. Onların zamana ehtiyacları var".

Səudiyyə Ərəbistanının Suriya məsələsi ilə bağlı etdiyi səhvlərdən danışan Qaşıqçı bildirib ki, Səudiyyə Türklərlə birləşməlidir.


Xəbərə aid foto