İsrail 150 fələstinlini vurdu FOTO


Dünya 20 Okt 2018 12:06:00 274 0

İsrail 150 fələstinlini vurdu  FOTO

Dünən Fələstinin Qəzza bölgəsində növbəti "Qayıdış yürüşü" keçirilib.

Son.az İsrailin Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, israilli hərbçilər bu aksiyanı "son 7 ayda ən sakit yürüş" kimi dəyərləndiriblər.

"Çox yəqin ki, Qəzzadakı HƏMAS qruplaşması Qəzza ilə İsrail arasındakı sərhəd boyunca çəkilmiş divarın yanına silahlı "müşahidəçi"lərini düzərək təxribatların və insidentlərin qarşısını almağa çalışıb. İsrail hərbçilərinə tərəf atılmış qumbaralar, partladıcı qurğular və "Molotov kokteyli" olan butulkaların sayı da nisbətən az idi", - Müdafiə Nazirliyinin saytında yazılıb.

Fələstin İnformasiya Mərkəzi və Qəzzadakı Səhiyyə Nazirliyi isə bildirib ki, yürüş zamanı israilli hərbçilər fələstinlilərə atəş açaraq 130 nəfəri yaralayıblar. Yaralılar arasında 25 yeniyetmə və 4 tibb işçisi də var.