Səudiyyədə "Haşoqqi" zəlzələsi:


Dünya 20 Okt 2018 11:53:00 256 0

Səudiyyədə "Haşoqqi" zəlzələsi:

Səudiyyə Ərəbistanı jurnalist Camal Haşoqqinin ölkənin İstanbuldakı baş konsulluğunun binasında ölümünü rəsmən təsdiqləyib.

Son.az Al Jazeera-ya istinadən bildirir ki, kralın fərmanı ilə Təhlükəsizlik Xidmətinin sədr müavini general Əhməd Assiri işdən qovulub və kral sarayında müşavir statusundan məhrum edilib.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın müşaviri Səud əl Kəhtani də işdən kənarlaşdırılıb.

Rəsmi Ər-Riyadın açıqlamasına görə, Camal Haşoqqi İstanbuldakı baş konsulluğun binasına daxil olanda gördüyü adamlarla dava salıb və davada aldığı zərbələrdən həlak olub.

Ekspertlər bu açıqlamanı ironiya ilə qarşılayıblar. Konsulluqda, görəsən, kimlər işləyirmişlər ki, binaya daxil olan adamla dalaşıb onu öldürürlər?!

59 yaşlı jurnalistlə dalaşanların adları açıqlanmır.

Səudiyyə Ərəbistanının Baş Prokurorluğundan verilən məlumata görə, olayla bağlı olaraq 18 nəfər saxlanılıb.