Binəqədidə 9 ayın sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş hesabat iclası keçirilib (FOTO)


Digərləri 20 Okt 2018 11:52:00 236 0

Binəqədidə 9 ayın sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş hesabat iclası keçirilib (FOTO)

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının akt zalında Binəqədi rayonunun 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.

Bakı. 19 oktyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının akt zalında Binəqədi rayonunun 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib. Trend-in məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iclası giriş sözü ilə açıb. Natiq Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən danışıb. Elxan Allahverdiyev vurğulayıb ki, dünyada təhlükələrin artması, iqtisadi böhranın daha da dərinləşməsi və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkməsi göz önündədir. Bununla belə, Azərbaycanda uğurlu inkişafın təmin edilməsi, ictimai-siyasi vəziyyətin sabitliyi, ölkə qarşısında duran vəzifələrin həll olunması respublikada aparılan məqsədyönlü və hərtərəfli siyasətin nəticəsidir. Elxan Allahverdiyev öz nitqində 2018-ci ilin 9 ayında ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanıldığını, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektorunun 1 faiz, kənd təsərrüfatının 4,3 faiz artdığını qeyd edib. Eyni zamanda, rayonun sosial-iqtisadi, ictimai-siyasi, abadlıq-quruculuq sahəsində də görülən işlərin qənaətbəxş olduğunu qeyd edib və sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsi istiqamətində öz tapşırıqlarını verib. Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov hesabat məruzəsi ətrafında çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınıb, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri quraşdırılıb, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınıb həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilib. Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2018-ci ilin 9 ayı ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər davam etdirilməkdədir. Hesabat dövrü ərzində ümumilikdə 49738 kv.m asfalt örtüyü salınıb, 16340 ədəd müvtəlif növ bəzək gül-çiçək kolları, 974 ədəd müxtəlif növ ağaclar əkilib, 900 m2 yaşıl çəmən otu salınıb. Daha sonra Bakı Tekstil Fabrikinin icraçı direktoru Elçin Babayev və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov 2018-ci ilin 9 ayının yekunları çərçivəsində görülən işlər barədə çıxış ediblər. Sonra yığıncaqda Şuranın Qərar layihəsi oxunaraq səsə qoyulub. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 371 nömrəli Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib. Cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçiriləcəyini bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin