CARda mikroavtobusun aşması nəticəsində 20dən çox insan ölüb VİDEO


Dünya 20 Okt 2018 08:58:00 332 0

CARda mikroavtobusun aşması nəticəsində 20dən çox insan ölüb  VİDEO

Cümə günü CAR-ın şimalında yerləşən Limpopo əyalətində bir neçə maşının iştirakı ilə baş verən yol qəzasında 20-dən çox insan həyatını itirib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə SABC dövlət televiziya şirkəti məlumat yayıb.

Faciə Modimolle və Mokxoponq yaşayış məntəqələrini birləşdirən N1 yolunda qeydə alınıb.

Bildirilir ki, içərisində 22 nəfərin olduğu sərnişin mikroavtobusu hərəkətdə olan zaman aşaraq bir neçə maşına dəyib. Hazırda ölən və yaralananların dəqiq sayı hələ məlum deyil.


Xəbərə aid video