“microSD” yaddaş kartına alternativ təqdim edilib


Digərləri 20 Okt 2018 08:35:00 273 0

“microSD” yaddaş kartına alternativ təqdim edilib

Bir gün əvvəl nümayiş etdirilmiş "Mate 20" istehsal xəttinə aid yeni smartfonlar "Huawei" şirkətinin yeni formatına - "NM Card" (Nano Memory) uyğundur. Şirkətin rəsmiləri iddia edirlər ki, onların nano yaddaşı 15 il bundan əvvəl ixtira edilmiş köhnə "microSD" formatından daha sürətli və daha etibarlı işləyir.   Son.az ICTnews-a istinadən bildirir ki, bundan başqa, "NM Card" yaddaş kartı qurğunun daxilində yerə qənaət edir: "microSD" ilə müqayisədə 45% daha az yer tutur. "Mate 20" və "Mate 20 Pro" smartfonlarına qoşmaq mümkün olacaq modellərdən birinin tutumu 256 QB və oxuma sürəti saniyədə 90 MB təşkil edir.