Mobil əlavə depressiyanı müəyyən edəcək


Digərləri 20 Okt 2018 08:25:00 223 0

Mobil əlavə depressiyanı müəyyən edəcək

"Mindstrong" tibb startapı "iOS" əməliyyat sistemi üçün yenilənmiş "Health" əlavəsini təqdim edib. Mobil proqram istifadəçinin qurğu ilə əlaqəsi əsasında depressiya, şizofreniya və bipolyar pozuntunun ilkin əlamətlərini aşkarlayır.

Son.az ICTnews-a istinadən bildirir ki, tərtibatçılar əsas diqqəti psixi pozğunluğun ikinci dərəcəli əlamətlərinə - istifadəçinin qurğu ilə təmasına aid dəyişikliklərə yönəldiblər. Əlavə bu barədə məlumatlar toplayır, onları serverlə bölüşür və bundan sonra süni intellekt əldə olunan informasiyanı analiz edir.

Məlumata görə, süni intellekt ən kiçik detalları belə nəzərə alır: smartfon ekranına basılmanın gücü, barmağın ekranda saxlanılma müddəti, mətnin yığılması zamanı amplitudalar. Bütün bunlar xəstəlik əlamətləri ola bilər. İlkin testlərdən məlum olub ki, bu metod əvvəlki pozuntuların aşkarlanması zamanı ənənəvi söhbət və sınaqlarla müqayisədə daha effektivdir.