Makedoniya parlamenti ölkənin adını dəyişməyə razılıq verib


Dünya 20 Okt 2018 08:10:00 251 0

Makedoniya parlamenti ölkənin adını dəyişməyə razılıq verib

Makedoniya parlamenti cümə günü ölkənin adının Yunanıstanla bağlanmış müqavilədə nəzərdə tutulduğu kimi Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə konstitusiyaya düzəlişlər edilməsi lehinə səs verib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, bu düzəlişlərin qəbul edilməsinin lehinə qanunvericilik orqanının 120 deputatından 80-ni səs verib.