Kasıblıq, diktatura və süni zəka təhlükəsi


Digərləri 20 Okt 2018 07:51:00 249 0

Kasıblıq, diktatura və süni zəka təhlükəsi

Yer kürəsi əhalisinin kəskin artımı, tərəqqi adına diktatura, iqlim dəyişilikləri və süni zəka hakimiyyəti. Bll Gates-in fikrincə yaxın gələcəkdə insan sivilizasiyasnı məhz bu cür çətinliklər gözləyir. Bill Gates öz müsahibəsində gələcəyin problemləri və onların mümkün həll yolları barəsində danışıb.

Kasıblığın "yel dəyirmanları"

Bir neçə il bundan öncə Microsoft şirkətinin yaradıcısı Bill Gates proqnozlaşdırmışdı ki, 2030-cu ilə kimi insanlıq kasıblığın bütün formalarını aradan qaldıra biləcək. Bu təşəbbüsü BMT və 193 ölkə dəstəkləmişdi. Lakin indi Bill Gates düşünür ki, növbəti onilliklərdən sonra da bəzi regionlardakı kasıb əhalinin payı dəyişməyəcək. Bill Gates ilə Melinda Gates-in xeyriyyəçilik fondunun bir neçə müddət bundan öncəki hesabatında Bill Gates etiraf etmişdi ki, kasıblığın aradan qaldırılması prosesi ləngiyib. Bunun əsas səbəbi isə kasıb regionlarda əhali sayının artmasıdır. Produktiv və sağlam həyatın çətin olduğu ölkələrdə daha çox uşaq dünyaya gəlir.

İlk öncə bu problem Afrikanı əhatə edir. Analitiklərin hesablamalarına əsasən 2050-ci ilə kimi Afrika əhalisinin sayı 2 dəfə artacaq. Hətta kasıb əhalinin payı iki dəfə azalsa da, kasıb vəziyyətdə yaşayan insanların sayı əvvəlki kimi qalacaq. Bill Gates öz müsahibəsində nəyə görə məhz Afrikanın zəif vəziyyətdə qaldığını və onun hansı səbəbə görə Asiya ölkələrinin yolu ilə getməsində çətinliklər olduğunu başa salıb. Afrika kontinentinin problemləri geoqrafik vəziyyət, normal vəziyyətdə fəaliyyət göstərən tədarük kanallarının olmaması, tarix, kolonializmin təsiri və həmçinin daxili siyasi problemlər (yəni ağıllı idarəetmə sisteminin olmaması) ilə əlaqəlidir.

Demokratiyasız iqtisadi yüksəliş

Bill Gates bildirib ki, hər hansısa ölkənin əhalisi orta həyat səviyyəsinə yüksəlirsə, həmin ölkənin siyasi arenasında uğurlu və effektivli rəhbərlər ortaya çıxır. Lakin tərəqqi və həyat şəraitinin yaxşılaşdırılması artıq demokratiya sözünün sinonimləri deyillər. "İqtisadi yüksəliş və demokratik azadlıq bizim istədiyimiz kimi heç də sıx əlaqəli deyillər" - deyə Bill Gates bildirib. Onun fikrincə hökumətin siyasi modeli ikinci dərəcəlidir. Əsas olan hakimiyyətin korrupsiya ilə mübarizə, təhsil və səhiyyə sahələrinin inkişaf etdirilməsi istəyidir.

"Tayvanın aktiv inkişafı dövründə avtoritarizm rejimi hökm sürürdü. Cənubi Koreya isə öz inkişafı dövründə diktatorun hakimiyyəti altında idi. Lakin sonradan onlar demokratik idarəetmə üsullarına keçdilər" - deyə Bill Gates bildirib. Belə şəraitdə Gates-ə maraqlı olan odur ki, vətəndaşlarının həyat şəraitlərinin yaxşılaşdığı, lakin siyasi modelinin əvvəlki kimi qaldığı Çin hansı istiqamətdə hərəkət edəcək?