Azərbaycanda ipoteka kreditlərini daha çox KİMLƏR götürür?


Digərləri 20 Okt 2018 07:57:15 247 0

Azərbaycanda ipoteka kreditlərini daha çox KİMLƏR götürür?

İpoteka kreditlərinin təkrar maliyyələşdirilməsinin həcmi 1,1 milyard manat, o cümlədən güzəştli kreditlərin həcmi 315 milyon manat təşkil edib

Bakı. Azad Həsənli - 2018-ci ilin üçüncü rübünün sonuna olan vəziyyətə əsasən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ipoteka kreditlərinin təkrar maliyyələşdirilməsinin həcmi 1,1 milyard manat, o cümlədən güzəştli kreditlərin həcmi 315 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə Fondun yayımladığı hesabatda deyilir. Ötən ilin 9 ayı ilə müqayisədə təkrar maliyyələşdirmənin həcmi 43,5 faiz, güzəştli kreditlərin təkrar maliyyələşdirilməsi həcmi 40 faiz artıb. Üç rüb ərzində ümumilikdə 23 759 ipoteka krediti verilib ki, onlardan 7 036-ı güzəştlidir. Hesabat dövründə Bakıda 18 109, Sumqayıtda 2 371, Abşeron rayonu və Xırdalanda 1 664 ipoteka krediti verilib. İpoteka kreditləşməsi üzrə Azərbaycan şəhərlərinin reytinqi (yanvar-sentyabr 2018 ): Şəhər Verilmiş ipoteka kreditlərinin sayı Bakı 18 109 Sumqayıt 2 371 Abşeron rayonu/Xırdalan 1 664 Gəncə