Kadırov hədəqorxu gəldi VİDEO


Dünya 20 Okt 2018 07:15:00 324 0

Kadırov hədəqorxu gəldi  VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov İnquş Respublikasında keçirilən etiraz aksiyalarına münasibət bildirib.

Son.az oxu.az-a istinadən bildirir ki, yerli məmurların iştirak etdiyi toplantıda məsələyə toxunan Kadırov Çeçenistan-İnquşetiya sərhədinin dəyişdirilməsi üzündən baş tutan aksiyaların təşkilatçılarına hədə-qorxu gəlib.

"Əgər siz əsl kişisiniz, əgər xalqsınız, əgər bu ərazi sizindirsə (imzalanan sazişdən sonra Çeçenistanın nəzarətinə keçən ərazi-red.), orada mitinq edin. Əgər oradan sağ getsəniz, mən ünvanıma söylədiyiniz olacağam".

Nəşrin yazdığına görə, Kadırovun çıxışı etiraz aksiyalarının liderlərinə ünvanlanıb. Bunlar publisist İdris Abadiyev, İnquşetiyanın sabiq daxili işlər naziri Əhməd Poqorov və sabiq baş nazirin müavini Daud Yandiyevdir.