"Evdə heç kim yoxdur" Valideynlərin nəzərinə DİQQƏTLİ OLUN! VİDEO FOTO


Digərləri 19 Okt 2018 21:31:00 248 0

"Evdə heç kim yoxdur"  Valideynlərin nəzərinə  DİQQƏTLİ OLUN!  VİDEO  FOTO

Qapı bağlıdır, evdə heçnə olmaz, deyirsizsə yanılırsız.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, azyaşlıları evdə tək, bağlı qapı arxasında qoyan valideyn az deyil. 

Uşaq qapını açır, anan haradadır soruşanda da deyir ki, "evdə heç kim yoxdur"...

Valideynlər uşaqlarını evdə tək qoyarkən ehtiyatlı olmalıdırlar. Onlara qapını kimə açmalı olduqlarını öyrətməlidirlər və evdə tək qalarkən nəyə əl vurmamalarını başa salmalıdırlar. Əks halda nəticə acınacaqlı ola bilər.

Vüsal Yusifov - FHN-in xüsusi riskli xilasetmə xidmətinin əməkdaşı: "Evdə qaz sıza bilər, pəncərə açıq qala bilər. Təhlükədir hamısı".

Fövqəladə hallar nazirliyinin xüsusi riskli xilasetmə xidməti bu ilin 9 ayı ərzində uşağın bağlı qapı arxasında qalması ilə bağlı 182 çağırışın qeydə alındığını deyir. Ümumi 233 azyaşlı uşaq təxliyə olunaraq valideyninə təhvil verilib.


Xəbərə aid fotolar