Foks Səudiyyə Ərəbistanına getməkdən imtina edib


Dünya 19 Okt 2018 21:39:00 256 0

Foks Səudiyyə Ərəbistanına getməkdən imtina edib

Böyük Britaniyanın ticarət naziri Liyam Foks gələn həftə Səudiyyə Ərəbistanda keçirilməsi planlaşdırılan "Çöl Davosu" investisiya Zirvə görüşünə qatılmayacağını açıqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nazirin səfərdən imtinası ilə bağlı açıqlama verən müşaviri deyib: "İndi tədbirdə iştirak etmək üçün uyğun zaman deyil. Böyük Britaniya hökuməti Camal Qaşıqçı məsələsinə görə çox narahatdır və bu məsələnin tez bir zamanda aydınlaşmasını istəyir".