Bu il Almaniyadan nə qədər azərbaycanlı çıxarılıb?


Dünya 19 Okt 2018 20:12:00 274 0

Bu il Almaniyadan nə qədər azərbaycanlı çıxarılıb?

Bir çox ölkə vətəndaşları kimi, azərbaycanlılar arasında da rəsmi ya da qeyri-rəsmi formada xaricə gedib orada yaşayanlar olur.  Amma xaricə üz tutan insanların heç də hamısının şansı üzünə gülmür. 

Bəzi hallarda üz tutub getdikləri ölkələrin sərt qaydaları ilə qarşılaşırlar və bu zaman bir tək yol qalır: o da geri qayıtmaq. Bu geriqayıtma prosesi  isə readmissiya üzrə həyata keçirilir.

Azərbaycanlıların ən çox readmissiya edildiyi ölkə Almaniyadır.

Son zamanlar azərbaycanlıların Almaniyadan deportasiyası haqqında məlumatlar yayılır. 

O zaman maraqlıdır: son 9 ay ərzində nə qədər azərbaycanlı Almaniyadan readmissiya olunub?