Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb


Digərləri 19 Okt 2018 19:53:15 192 0

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Gəncədə külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Gəncədə külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Elman Həsənovun yaşadığı fərdi evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman yaşayış evinin yataq otağında 3 ədəd ağ sintetik kisədə, ümumi çəkisi 25 kq 850 qram olan marixuana, 1,391 qram çəkidə küstar üsulla hazırlanan həşiş qətranı və digər narkotik tərkibli toxumlar aşkarlanaraq, maddi sübut kimi götürülüb.