Rusiya üçün “hədiyyə”:


Digərləri 19 Okt 2018 19:44:00 230 0

Rusiya üçün “hədiyyə”:

ABŞ Maliyyə Nazirliyi Milada qədər Rusiya oliqarxlarına qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir.

Son.az xəbər verir ki, bu haqda siyası "Nezıqar" Teleqram-kanal yazıb.

İddia edilir ki, sanksiyalar Roman Abramoviç, Əlişir Osmanov, Vladimir Yevtuşenkov və Vladimir Potanin, Aleksey Mordaşov, Vladimir Lisin və Mixail Proxorov barəsində tətbiq ediləcək.

"Amerikalılar hesab edirlər ki, Miladdan əvvəl siyahının genişləndirilməsi Rusiya iqtisadiyyatına güclü zərbə vuracaq və bayramlar ərəfəsində şirkətlərin fəaliyyətinə xaos gətirəcək. Deyirlər ki, Kreml dəhlizlərində oliqarxlar barəsində şəxsi sanksiyalar haqqında xəbərləri son dərəcə ağrılı qəbul edirlər. Hökumət oliqarxlara yardımın bütöv planını hələ hazırlaya bilmir. Buna iqtisadiyyatın dağılması üzrə düşmən aktı kimi baxılır", - "Nezıqar" Teleqram-kanalının xəbərində deyilir.