Son 9 ayda Azərbaycanda dəmir yolu nəqliyyatından istifadə edənlərin STATİSTİKASI göstərir ki...


Digərləri 19 Okt 2018 19:41:53 209 0

Son 9 ayda Azərbaycanda dəmir yolu nəqliyyatından istifadə edənlərin STATİSTİKASI göstərir ki...

Son 9 ay ərzində dəmir yolundan 2 milyondan çox sərnişin istifadə edib.

Bakı. Ceyhun Ələkbərov - Son 9 ay ərzində Azərbaycanda dəmir yolu nəqliyyatından 2 milyondan çox sərnişin istifadə edib. Bunu Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib. O bildirib ki, bu statistika beynəlxalq və yerli istiqamətlər üzrədir: "Cari ilin 9 ayı ərzində beynəlxalq və yerli istiqamətdə 2 022 628 sərnişin daşınıb. Bunun 151 665 nəfəri beynəlxalq istiqamətdə, 660 408 nəfəri ölkədaxili, 1 210 555 nəfər isə şəhərətrafı istiqamətdə daşınıb".