Bir şəxsin eyni gündə törətdiyi iki ağır cinayətin,


Digərləri 19 Okt 2018 18:32:00 222 0

Bir şəxsin eyni gündə törətdiyi iki ağır cinayətin,

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bir şəxsin eyni gündə törətdiyi iki ağır cinayətin, o cümlədən bir qətlin açılması təmin olunub.

Son.az Trend-ə istinadən bildirir ki,  bu il oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində Sərxan Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində əlindən aldığı xəsarətlə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında müvafiq tədbirlər həyata keçirilib.

İlkin təhqiqat zamanı rayonun Orta Muğan kəndindəki fermaların birində çoban işləyən Sərxan Mirzəyevin həmin xəsarəti çoban yoldaşı Aqşin Astanovun ov tüfəngindən açdığı atəş nəticəsində aldığı müəyyən edilib.

Dərhal görülən tədbirlərlə A.Astanov İmişli rayonu ərazisində saxlanılıb. Ətrafında həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun törətdiyi daha ağır bir cinayətin üstü "isti izlərlə" açılıb.

Araşdırmalarla A.Astanovun elə həmin gün saat 21 radələrində Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində onunla birgə fermada çoban işləyən Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə nəticəsində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə sözügedən kəndin ərazisindən keçən "Şor su" kanalına atdığı müəyyən edilib.