Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı


Digərləri 19 Okt 2018 18:09:52 227 0

Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı

Bakıda qaz xəttində qəza hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda qaz xəttində qəza hadisəsi baş verib. "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Xətai rayonu ərazisində 160 mm-lik yeraltı polietilin qaz xəttində bir-neçə yerdə qaz sızması aşkarlanıb. Hadisə nəticəsində Xətai rayonunun Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, İnqilab İsmayılov küçələri və "Neapol" dairəsinə qaz verilişi dayandırılıb.