Bakı Ali Neft Məktəbində III Avrasiya Konfransına start verilib FOTO


Digərləri 19 Okt 2018 18:04:00 282 0

Bakı Ali Neft Məktəbində III Avrasiya Konfransına start verilib  FOTO

19 oktyabr 2018-ci il tarixində Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (İAEE) təşkilatçılığı və Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi ilə "Xəzər və Mərkəzi Asiya regionunda enerji sektorunda qlobal dəyişikliklərin təsiri" mövzusuna həsr olunan III Avrasiya Konfransı öz işinə başlayıb.

Son.az-ın məlumatına görə, İqtisadiyyat və Energetika Nazirlikləri tərəfindən dəstəklənən, SOCAR, BP, "Azərbaycan Enerji Encinirinq ənd Konsaltinq" MMC, SOCAR Türkiyə, Schneider Electric və AzEkoKonsaltinq şirkətləri tərəfindən maliyyələşdirilən konfransda ABŞ, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Sloveniya, Rumıniya, Pakistan, Qazaxıstan, Qırğızıstan və Çili kimi ölkələrin enerji sektorlarından olan müəssisələrin rəhbər nümayəndələri iştirak ediblər.

BANM-ın Ömür boyu təhsil fakültəsinin dekanı Könül Məhərrəmova konfransı açaraq qonaqları Ali Məktəbdə salamlayıb. O qonaqların diqqətinə çatdırıb ki, aparılan ardıcıl siyasət nəticəsində Azərbaycanın dünya enerji təchizatında verdiyi töhfə, regional enerji təhlükəsizliyində oynadığı rol onu bu gün ən möhtəşəm enerji layihələrinin qərar verildiyi və icra olunduğu məkan kimi tanınmasına səbəb olub.

Daha sonra IAEE-nin növbəti prezidenti, "ENEDİS" şirkətinin İqtisadiyyat və Proqnozlaşdırma şöbəsinin direktoru Kristof Bonneri qonaqları salamlayaraq İAEE təşkilatının dünyanın enerji sektorunda olan rolundan, bu sahə üçün təqdim etdiyi informasiya, araşdırmalar, reallaşdırdığı müxtəlif ideyalar, profesional enerji mütəxəssislərinin və tələbələrin təhsili və inkişafına verdiyi töhfələrdən danışıb.

Konfransın açılış mərasimində həmçinin Energetika Nazirinin müavini Samir Vəliyev, İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın Strateji İnkişaf şöbəsinin rəisi Ramiz Əliyev, Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini, professor Nurəli Yusifbəyli, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, İAEE-nin Regional məsələlər üzrə vitse prezidenti Vilayət Vəliyev çıxış ediblər.


Xəbərə aid fotolar