Kaliforniya gözəli faciəvi şəkildə öldü


Dünya 19 Okt 2018 16:02:00 274 0

Kaliforniya gözəli faciəvi şəkildə öldü

Narahat ayaqqabılarını çıxarmaq üçün yolun ortasında dayanan Kaliforniya gözəli faciəvi şəkildə ölüb. Bu zaman onu avtomobil vurub. 

Son.az oxu.az-a istinadla xəbər verir ki, Yana Lavrentyeva gecə saatlarında Los Ancelesin Ensino rayonunda avtomobilin təkərləri altında qalıb. 

Sürücü piyadaya kömək etmək əvəzinə hadisə yerindən qaçıb. 

Hadisə gecəsi Yana əri və dostları ilə restoranda şam edib. Bundan sonra onlar kofe içmək üçün yolu keçmək qərarına gəlib. Qızlar deyib ki, yaşıl işığın yanmasına 18 saniyə qalmış hadisə baş verib. 

Şahidlərin sözlərinə görə, "Toyota 4-Runner" avtomobili yolun ortasında dayanan modeli görüb və sürəti artırıb. Hazırda polis həmin şəxsin axtarışları ilə məşğuldur. 


Xəbərə aid fotolar