İŞİD 700 adam qaçırdı: hər gün


Dünya 19 Okt 2018 12:03:00 250 0

İŞİD 700 adam qaçırdı: hər gün

İŞİD terrorçuları Suriyanın Əl Bahra qəsəbəsindəki qaçqın düşərgəsinə hücum edərək 700 nəfəri girov götürüblər.

Son.az Al Jazeera-ya istinadən bildirir ki, terrorçular hər gün 10 girovu qətlə yetirəcəklərini deyiblər.

Srağagün və dünən artıq 20 girov edam olunub.

Girovlar arasında Avropa ölkələri və ABŞ vətəndaşları da var.

Əl Bəhra qəsəbəsi Suriyanın Deyr əl Zor vilayətindədir. Bu vilayət isə bütünlüklə ABŞ-ın maliyyələşdirdiyi və silahlandırdığı kürd silahlı birləşmələrinin nəzarətindədir.


Xəbərə aid fotolar