Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı


Digərləri 19 Okt 2018 10:35:00 217 0

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Azərbaycan ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydaları Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilir.