Xərçəng xəstəliyi adı ilə 55 min yığdı,


Digərləri 19 Okt 2018 10:21:00 222 0

Xərçəng xəstəliyi adı ilə 55 min yığdı,

Xeyriyyə saytlarının birində özünü xərçəng xəstəsi kimi təqdim edərək 55 min avstraliya dolları (39 min ABŞ dolları) toplayan qadın saxtakarlığına görə polis tərəfindən saxlanılıb.

Son.az BBC-yə istinadla xəbər verir ki, Avstraliyanın Kvinslend ştatının Tovnsvil şəhərində yaşayan 27 yaşlı Lusi Vilend hakim qarşısına çıxarılıb.

"GoFundMe" saytında hesab açıb, özünü xərçəng xəstəliyi diaqnozu qoyulmuş biri kimi təqdim edən Lusi cəzalandırılıb. O, pulları qaytarmalı və təzminat ödəməlidir.


Xəbərə aid fotolar